RU

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Məhkəmə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Musavat.com xəbər verir ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan İvanov istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) saxlanılıb.

Qeyd edək ki, Timur İvanov Rusiya Federasiyasının fəal dövlət müşaviri, 1-ci dərəcəli, iqtisad elmləri namizədidir. 2012-ci ildə Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy” ASC-nin baş direktoru. 2016-cı il mayın 23-də Rusiya prezidentinin fərmanı ilə o, Rusiya Federasiyası müdafiə nazirinin müavini təyin edilib.

Müdafiə Nazirliyində o, əmlakın idarə edilməsi və qoşunların yerləşdirilməsi, Rusiya Silahlı Qüvvələrinin mənzil və tibbi təminatı ilə bağlı məsələlərə nəzarət edirdi. Rusiya Müdafiə Nazirliyinin obyektlərinin və hərbi ipotekaların tikintisi, yenidən qurulması və əsaslı təmirinə cavabdeh idi.

Musavat.com

Избранный
67
9
musavat.com

10Источники