Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılıb".
1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
Telegram kanalımız