“İki ölkə arasında sərhədlərin delimitasiyası xəbərini alqışlayırıq” – Patel
“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq”. Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə çıxış edərkən deyib. Patel qeyd edib ki, bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır.