RU

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanatları TƏKZİB EDİB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəzi səlahiyyətlilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı “bəzi radikal dairələri razı salmaq” məqsədi ilə səsləndirilən birtərəfli bəyanatları rədd edib.

Bizim.Media xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

“Bəzi radikal dairələri razı salmaq üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir.
Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.

Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar iki cəmiyyət arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meyilli radikal qrupları da təşviq edir. Bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başladılan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

Избранный
76
5
bizim.media

10Источники