Statistikalara əsasən bu il Respublika Fənn Olimpiadalarına ölkə üzrə 57 483 məktəbli qatılıb.
AzEdu.az Təhsil Portalı olaraq olimpiadada iştirak etmiş, eləcə də final turuna yüksəlmiş məktəblilərin sayı ilə bağlı regional idarələrə sorğu ünvanladıq.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, idarənin tabeliyində olan ümumtəhsil müəssiələri üzrə Respublika Fənn Olimpiadalarında 4523 şagird iştirak edib:
“Onlardan 832 nəfəri yarımfinal mərhələsinə vəsiqə qazanıb. Ağstafa rayonu üzrə 7 nəfər, Gədəbəy üzrə 5 nəfər, Qazax üzrə 7 nəfər, Şəmkir üzrə 13 nəfər, Tovuz üzrə isə 16 nəfər olmaqla ümumilikdə 48 şagird final mərhələsində iştirak hüququ qazanıb.
Ağstafa rayonundan seçilmiş 7 nəfər şagirddən 3-ü coğrafiya, 3-ü Azərbaycan dili, 1 nəfər isə tarix fənnindən iştirak edir.
Gədəbəy rayonundan seçilmiş 5 nəfər şagirddən 1 nəfər Azərbaycan dili, 1 nəfər coğrafiya, 1 nəfər kimya, 1 nəfər fizika, 1 nəfər isə tarix fənnindən iştirak edir.
Qazax rayonundan seçilmiş 7 nəfər şagirddən 2 nəfər Azərbaycan dili, 1 nəfər biologiya, 2 nəfər coğrafiya, 2 nəfər isə riyaziyyat fənnindən iştirak edir.
Şəmkir rayonundan seçilmiş 13 nəfər şagirddən 3 nəfər Azərbaycan dili, 1 nəfər biologiya, 1 nəfər fizika, 1 nəfər riyaziyyat, 7 nəfər isə tarix fənnindən iştirak edir.
Tovuz rayonundan seçilmiş 16 nəfər şagirddən 8 nəfər Azərbaycan dili, 1 nəfər biologiya, 1 nəfər fizika, 6 nəfər isə tarix fənnindən iştirak edəcək.