Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada, səhər saatlarında təxminən 950 qeyri-qanuni yəhudinin Məscidül-Əqsaya basqın etdiyi bildirilib.
News24.az xəbər verir ki, İsrail polisinin himayəsində olan fanatik yəhudi qrupunun həyətdə dolaşaraq Məscidül-Əqsanı tərk etdiyi qeyd edilib.
İsrail polisinin nəzarəti altında qeyri-qanuni yəhudi məskunlaşanların Əl-Əqsaya basqınlarının bu gün günorta namazına qədər, günorta namazından sonra ikindi namazına qədər davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Pasxa bayramının ilk iki günündə 1167 fanatik yəhudi köçkün Məscidül-Əqsaya basqın edib.
Günel Məlikzadə