Əməkdar artist Elza Seyidcahanın keçmiş həyat yoldaşı Elşən bəy "Elgizlə izlə" verilişinin kameralarından uzaqlaşıb.
Teleqraf.com xəbər verir ki, nəvəsinin doğum gününə qatılan Elşənin bu hərəkətini Elza Seyidcahan efirdə görünmək istəməməsi ilə əlaqələndirib: "Keçmiş həyat yoldaşımı uşaqlarımın və nəvələrimin xoş günündə şəxsən özüm məclisimizə dəvət edirəm. Heç vaxt uşaqlarım atasız qalmayıblar. Əslində, mən ərsiz qalmışam. İndi də keçmiş həyat yoldaşım gəlib və qudalarımızı gözləyir. O, efirdə görünməyi sevmir. Uşaqlarım da elədir, xüsusilə, oğlum Ələkbər. Onlara deyirəm ki, axı, mən də adi insan deyiləm. Camaat üçün mənim özəl günlərim maraqlıdır".
Qeyd edək ki, Elza Seyidcahanın iki övladı var.
Müəllif: Rəqsanə Həsənova