Türkiyə Super Liqasının 34-cü həftəsində keçiriləcək “Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.
Beləliklə, Volkan Bayarslan ikinci dəfə "Fənərbaxça" - "Beşiktaş" derbisində baş hakim olacaq.
46 yaşlı hakim daha əvvəl 2 oktyabr 2022-ci ildə oynanılan və 0:0 hesabı ilə başa çatan "Beşiktaş" - "Fənərbaxça" derbisini idarə edib.
Digər tərəfdən, Volkan Bayarslan karyerasında 5-ci dəfə derbi matçında fit çalacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 27-si saat 20:00-da baş tutacaq.