Azərbaycanda keçiriləcək COP29 və "Yaşıl Dünya Naminə Həmrəylik ili" tədbirləri fonunda biznesin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib.
"Resurs baxımından səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərir. Digər tərəfdən, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması, yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Bu il KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün yeni institusional təsisat və təşviq mexanizmlərinin yaradılması üzrə təkliflər hazırlanacaq", - O.Məmmədov əlavə edib. (Report)