AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, Liqanın 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bununla da “Sabah” növbəti mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.