Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürüb.
Komanda.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb.
Onlardan yalnız biri Balabəy Ağayev (60 kq) finala qədər irəliləyib. O, finalda Fransisko Qarriqosa (İspaniya) uduzaraq gümüş medal qazanıb.
Eyni çəkidə mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.
Aydan Vəliyeva isə (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.
Kişilərdən Yaşar Nəcəfov (66 kq), qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Acelya Toprak (57 kq) mübarizəni erkən dayandırıb.
Yarış aprelin 27-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərcüdo
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта