Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə çıxışı zamanı deyib ki, NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır: "Alyans öz rolu üzərində düşünməli, günahı başqasının üzərinə atmağı dayandırmalı və böhranın siyasi həlli üçün effektiv əməli addımlar atmalıdır”Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Çin Qərbə qarşı Rusiya və İran ilə Şərq bloku formalaşdırır."Rusiya-Ukranya müharibəsində Qərbin Ukraynaya dəstəyini nəzərə alsaq, Çinin buradakı mövqeyini daha yaxşı anlayarıq. Rəsmi Pekin Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə olmasa da dolayı yolla dəstəkləyir. Digər tərəfdən isə Çin və ABŞ arasında Tayvan böhranı davam edir. Çinin Tayvanı işğal edib öz ərazisinə qatmaq istəsəyinə qarşı ABŞ Tayvana həm siyasi, həm də hərbi yardım göstərir. Ağ ev Tayvana siyasi dəstəkdən əlavə Çinə yaxın olan Yaponiya, Filippin, Cənubi Koreya kimi ölkələri silahlandırır. Bütün bunları da göz önünə alanda Çin-ABŞ münasibətlərinin son dərəcə gərgin olduğunu anlayırıq".Analitik əlavə edib ki, rəsmi Vaşinqton və Pekin arasındakı münasibətlər son dərəcə gərgin olsa da, iki ölkə dialoqlarını davam etdirir."Rusiya Çin ilə birlikdə Qərbə psixoloji təzyiq yaradaraq Qərbi Rusiyanın şərtləri və ya buna yaxın şərtlərlə razılaşdırmağa çalışır".Yusif Məmmədxanlı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта