Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.
Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Keçirilən tədbirlərlə kəsici-deşici alətlərin rayon ərazisində yerləşən mağazalarda satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik xeyli sayda kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.