RU

Gürcüstan müxalifəti yenidən ayağa qalxdı

Gürcüstan müxalifəti aprelin 28-də paytaxt Tbilisidə mitinq keçirib.

Publika.az xəbər verir ki, paytaxtdakı Respublika meydanında keçirilən mitinqdə 126 ictimai təşkilat və media qurumunun 10 minədək üzvü iştirak edib.

Aksiya iştirakçıları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq, hakimiyyətlə əməkdaşlığı dayandırdıqlarını bildiriblər.

Əllərində Gürcüstanın və Avropa İttifaqının bayraqlarını tutan aksiya iştirakçıları “Avropaya hə! Rusiyaya yox!” şüarları səsləndiriblər.

Избранный
106
50
publika.az

10Источники