Bu gün Füzuli şəhərinə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb.