İşsizlik müavinəti ilə yaşayan Serkan Ö adlı şəxs, özünü falçı kimi təqdim edəndən sonra N.B adlı qadını aldadıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Münhen şəhərində baş verib.
Serkan əvvəlcə qadının ailə məlumatlarını əldə edib, daha sonra \"cin çıxarmaq” adı ilə 175 milyon lirə( təxminən 9 milyon AZN) alıb.
Falçı həmin qadına həyat yoldaşının ailəsi tərəfindən cadu edildiyinə inandıırıb.
İddiaya görə, seanslar zamanı N.B-yə dərmanlı su verən Serkan Ö, fürsətdən istifadə edərək, bədbəxt qadını özündən çıxarıb və ailəsi ilə bağlı bütün şəxsi məlumatları ona danışmasını istəyib.
Digər seanslarda öyrəndiyi məlumatları N.B.-yə çatdıran Serkan Ö. Tezliklə bədbəxt qadının etibarını qazanıb.
Bildirilib ki, N.B 6 il ərzində şirkətindən və şəxsi hesablarından Serkan Ö.-yə 5 milyon avroya yaxın pul köçürüb.
Oksana