RU

“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO

 2023-cü ilin aprel ayından etibarən, “PAŞA Holding”in sponsorluğu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Qarabağ KOB-ları” proqramı həyata keçirilir.
 
Proqram çərçivəsində şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə 50-yə yaxın KOB subyekti yaradılıb və lazımi avadanlıqla təmin olunub.
 
Proqrama müraciət edən iştirakçılar biznes planın hazırlanması, marketinq, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satış və digər mövzularda fərqli təlimlər keçirilib.
 
Qeyd edək ki, 2024-cü ildə də “Qarabağ KOB-ları” proqramı davam etdiriləcək. Proqrama müraciətlərin qəbulu və digər ətraflı məlumatlarla bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Избранный
268
50
moderator.az

10Источники