RU

Braziliyada güclü daşqınlar 39 nəfərin həyatına son qoydu

Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Riu-Qrandi-du-Sulda həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günədək 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. On minlərlə yerli sakin evlərini tərk edib və hazırda sığınacaqlardadır.

Portu-Aleqri ştatının paytaxtında Patus gölünün şlüzlərindən biri yarılıb və şəhərin şimalındakı əraziləri daşqın təhlükəsi ilə üz-üzə qoyub.

Избранный
192
3
demokrat.az

10Источники