İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ötən gün “'Pəncə-Kilid” əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbçisi baş çavuş Ata Göçmen yaralanaraq xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, onu müalicə olunduğu xəstəxanada xilas etmək mümkün olmayıb.