RU

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

“Yeni

Bakı, 4 may, AZƏRTAC

Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.

Yeni təhsil proqramının (ixtisasların) açılması aşağıdakı hallara şamil edilir:

- təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına;

- təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına;

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə;

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə.

Qeyd edək ki, qaydalar Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 2 may tarixli qərarı ilə təsdiq edilib.

 

Избранный
203
49
azertag.az

10Источники