RU

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.

Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda “Perwol”, “Peros”, “Fairy”, “Domestos”, “Ariel”, “Ace”, “İpək”, “Elidor”, “Head & Shoulders” və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
245
22
infoaz.ws

10Источники