RU

Azərbaycan Karate Federasiyasında yeni təyinat - prokuror vitse-prezident olub - FOTO

Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinə yeni təyinatlar rəsmiləşib.

İdman.biz xəbər verir ki, Respublika Baş Prokurorluğunun əməkdaşı, Abşeron rayon Prokurorluğunun müavini Aslan Surxayev qurumun 1-ci vitse-prezidenti təyin edilib.

Federasiya prezidenti Ülvi Quliyev bu münasibətlə veteran karateçi, 5-ci dan qara kəmər sahibini təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyyələrini verib və üzvlük vəsiqəsini verib.

Aqil Soltanov isə karate üslubu fudokan üzrə vitse-prezident təyin olunub. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının karate üzrə müəllimi və əməkdar məşqçidir.

Vüsal Abdullazadə isə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub. O, ənənəvi karate üslubu "Dünya Fudokan Federasiyası"nın Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsidir.

İdman.biz

Избранный
205
12
idman.biz

10Источники