Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunu bildirilib.
21:15
Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT-in Sammiti çərçivəsində Somali Baş nazirinin müavini Salah Əhməd Jama ilə görüşüb.
Bu barədə Azərbaycan XİN “X”dəki hesabında bildirib.
Tərəflər potensial ikitərəfli əməkdaşlığın sahələrini, çoxtərəfli platformalar çərçivəsində, xüsusən də BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.
"Qambiya Respublikasına işgüzar səfərim zamanı Somalinin Baş nazirinin müavini Salah Əhməd Jama ilə görüşməkdən məmnun oldum. Biz ikitərəfli əməkdaşlığın, qarşılıqlı səfərlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini vurğuladıq”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X”dəki hesabında qeyd edib.
"Cebhe.info"