Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki vəziyyətinə görə təcili olaraq Baş Qərargahdan yüksək rütbəli hərbçiləri toplayıb.
OXU24.COM xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris məlumat verib.
"Zelenski bütün Baş Qərargahı topladı və hərbçilərə nəyin bahasına olursa olsun mövqelərini saxlamağı əmr etdi, daha geri çəkilmə olmamalıdır", - o deyib.
Merkurisin sözlərinə görə, Ukrayna ordusu üçün vəziyyət son dərəcə ağırdır, Rusiyanın hücumu isə getdikcə güclənir.
Bundan əlavə, ekspert vurğulayıb ki, Kiyevdəki bir sıra ciddi uğursuzluqlardan sonra Qərb Ukrayna rəhbərliyindən cəbhənin dağılmasını dayandırmağı tələb etməyə başlayıb.