“Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu”.
Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularının “Neftçi” ilə matça fərqli hazırlaşdıqlarını bildirib: “Bəlkə də mən “Neftçi”yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, “ağ-qaralar” böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq”.