Mayın 1-də növbəti mövsüm üçün A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşdi.
Bu hüququ “Parma” qazandı.
Fabio Pekkyanın çalışdırdığı komanda B seriyasının 36-cı turunda “Bari” ilə 1:1 hesablı heç-heçə oynadı. Xallarının sayını 74-ə çatdıran “Parma” müntəzəm çempionatın sonuna 2 tur qalmış 3-cü yerdəki “Venetsiya”nı 7 xal qabaqlayır. Bu isə B seriyasının liderinin mövsümü ən pis halda 2-ci yerdə başa vuracağı deməkdi. Qeyd edək ki, “Parma” A seriyasında üç ildən sonra yenidən çıxış edəcək. “Göy-sarılar” bu liqanın 2020/21 mövsümünü sonuncu – 20-ci yerdə başa vurmuşdular.
Yeri gəlmişkən, reqlamentə əsasən, B seriyasında müntəzəm çempionatın yekun cədvəlində ilk iki yeri tutan komandalar yeni mövsümdən A seriyasında çıxış etmək hüququ qazanırlar. Bu liqaya ayrılan sonuncu vəsiqənin sahibi isə 3-8-ci yerlərdə qərarlaşacaq komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
36-cı tur: Bari - Parma 1:1, Kremoneze - Piza 2:1, Askoli - Kozentsa 0:1, Katanzaro - Venetsiya 3:2, Komo - Çittadella 2:1, Spetsiya - Palermo 1:0, Züdtirol - Ternana 4:3, Lekko - Sampdoriya 0:1, Reccana - Modena 1:0, FeralpiSalo - Breşia 2:2.
1. Parma 36 21 11 4 64-33 74
2. Komo 36 21 8 7 57-39 71
3. Venetsiya 36 20 7 9 66-43 67
4. Kremoneze 36 18 9 9 46-31 63
5. Katanzaro 36 17 9 10 58-46 60
6. Palermo 36 14 10 12 59-51 52
7. Sampdoriya (-2) 36 14 9 13 49-49 49
8. Breşia 36 11 15 10 40-37 48
9. Züdtirol 36 12 10 14 44-45 46
10. Reccana 36 10 16 10 37-43 46
11. Kozentsa 36 11 12 13 44-39 45
12. Piza 36 11 12 13 48-50 45
13. Çittadella 36 11 12 13 39-43 45
14. Modena 36 9 16 11 38-45 43
15. Spetsiya 36 8 16 12 32-46 40
16. Askoli 36 8 13 15 34-39 37
17. Ternana 36 9 10 17 41-50 37
18. Bari 36 7 16 13 35-48 37
19. FeralpiSalo 36 8 9 19 43-62 33
20. Lekko 36 6 8 22 32-67 26
Bombardir: Pohyanpalo (Venetsiya) - 20.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта