RU

Karate Federasiyasına yeni vitse-prezident təyin olundu - FOTOLAR

Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci vitse-prezidenti təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.

 

Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.

 


Избранный
145
12
sfera.az

10Источники