"Yalnız sülh Ermənistanın təhlükəsizliyinə təminat verə bilər".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Biz sülh gündəliyini Ermənistanın təhlükəsizliyini təmin etmək vasitəsi kimi qəbul etmişik və onu təhlükəsizlik təminatı sistemi kimi həyata keçiririk. Tavuşda quraşdırılan sərhəd dirəkləri Ermənistanın təhlükəsizlik zəmanəti postlarıdır. Biz o sütunları yaxşılaşdırmaq üçün hər şeyi edəcəyik", - Paşinyan vurğulayıb.
O, demarkasiya prosesinin hansı xəritələr əsasında bsş tutduğunu deməkdən yayınıb: "Alma-Ata şüarının sülh müqaviləsinə daxil edilməsi məsələsi iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündə müzakirə edilməli olan gündəmlərdən biridir. Almatı sazişi Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının əsas prinsipi kimi hər iki ölkə tərəfindən qəbul edilir. Bu, dönməz reallıqdır, çünki bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə qeydə alınıb.
Bilirsiniz ki, biz konkret xəritəni sadalamaqla məhdudlaşmaq istəmirik, çünki Ermənistan sərhədinin perimetrinin tam demarkasiyasını təmin etməyə yönəlmiş hüquqi əsasları ifadə etmək bizim üçün vacibdir. Biz də praktikada buna uyğun hərəkət edirik. Biz o məntiqlə hərəkət edirik, SSRİ-nin dağıldığı dövrdə Ermənistanla Azərbaycan arasında sərhədləri ifadə edən xəritələrdən istifadə edirik".
Ağarza Elçinoğlu