RU

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayırıq” –ABŞ

ABŞ  sülh sazişi üzrə danışıqları üzrə mayın 10-da Almatıda keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Almatı şəhəri mühüm, simvolik yerdir. “Biz Qazaxıstanın görüşə ev sahibliyi etmək təklifini alqışlayırıq”.

Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın sonunda Berlində keçirilən danışıqlardan sonra ilk dəfə bu gün görüşəcəklər.

“Biz Ermənistan və Azərbaycan arasında bu günə qədər əldə edilmiş tərəqqidən ruhlanırıq. Hər iki ölkə bütün regionun rifahı naminə sülh sazişinə doğru irəlilədiklərini dəstəkləyirik”- deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Azpost.info

Избранный
295
2
azpost.info

10Источники