RU

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Bakı. Trend:

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələrüzrə hər uşağa bir dəfə müsahibə vermək imkanı yaradılır.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsininsektor müdiri Tural Mahmudov deyib.

O bildirib ki, uşaq üzrlü səbəbdən (xəstəliklə bağlı və s.)müsahibədə iştirak edə bilmədikdə bu haqda arayış təqdimetməlidir:

“Arayış təqdim edən şəxslər üçün yay aylarında təkrarmüsahibənin keçirilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumitəhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunabaşlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütünşəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir vəproses www.mektebeqebul.edu.az elektron portalı vasitəsiləaparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılanbölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isəmüsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dənsentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. 1-ci sinfəelektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrəümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıqqrupundan avtomatik olaraq I sinfə keçirilib.

Избранный
241
7
az.trend.az

4Источники