RU

Guardian: Sağçı partiyalar nifrət yaratmaq üçün Avropanın mənzil böhranından istifadə edə bilər

Avropa İttifaqındakı ifrat sağçı partiyalar mənzil bazarındakı böhrandan etirazlar və sosial gərginlik yaratmaq üçün istifadə edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti BMT ekspertlərinə istinadən məlumat yayıb.

Ekspertlərin fikrincə, ifrat sağçı partiyalar investisiya çatışmazlığı və qeyri-adekvat hökumət planlaşdırması nəticəsində yaranan sosial boşluqlardan istifadə edə bildikdə inkişaf edirlər.

Nəşrin yazdığına görə, oxşar vəziyyət Aİ-nin bir çox ölkələrində yaranıb və mənzil böhranı təkcə aztəminatlı insanlar, miqrantlar və tək valideynli ailələrə deyil, orta təbəqəyə də təsir edir.

“The Guardian” xatırladıb ki, son vaxtlar Lissabon, Amsterdam, Praqa, Milan və Londonda kirayə qiymətlərinin artmasına dair etiraz aksiyaları keçirilib. Qəzet Avropa Parlamentinə seçkilər ərəfəsində “əlverişsiz kirayə haqları” və yüksək əmlak qiymətlərinin “qitədə əsas siyasi döyüş meydanına çevrilmək riski” olduğunu qeyd edib.

Nəşr əlavə edib ki, Avropa Statistika Agentliyinin (Eurostat) məlumatına görə, 2010-2022-ci illər arasında Aİ-nin 27 ölkəsində mənzil qiymətləri 47%, kirayə qiymətləri isə 18% artıb.

Избранный
193
2
report.az

10Источники