RU

Efirlərdə xoruz kimi adam döyüşü

Sosial şəbəkələrdə camaata ekspert deyib, əxlaqsızları sırışdıran kanallar var. 5 dəfə ərdən boşanan ailə dəyərlərindən, fırıldaqçılığa görə  həbsdə olan məsumiyyətdən dərs deyir.

Efir sanki Məkkədir, Kəbədir, çıxan olur tərtəmiz, günahları, səhvləri yuyulur və onlar özlərini kiməsə ağıl verəcək  gücdə, qüdrətdə hiss edirlər.

Keçmişdə insanlar əylənmək üçün it, xoruz boğuşdurardılar. Qədim Romada qulları döyüşdürərdilər, bu  qanlı əyləncə mütləq ölümlə nəticələnərdi.
Qərinələr, əsrlər sonra köhnə ənənələr yeni formada üzə çıxıb. Efirdə adam boğuşdururlar. Qaynana ilə gəlini, oğul ilə atanı, ərlə arvadı... Qan çıxmasa da reytinq çıxır.

Xalq bu deyil. 3-4 ağıldan kəmi ortalığa xalq deyib çıxarmaq olmaz. Onları xalqın təmsilçisi olaraq təqdim eləmək öncə ayıb, sonra günahdır. Hamımızın haqqına girmirlərmi? Niyə azərbaycanlı deyəndə yada bu gün özünü fenomen elan eləmiş geylər, həyasızlar, dava- dalaş ekspertləri düşməlidir?

Bir- iki nəfərin cibi pul görəcək deyə xalqı belə məhv etməyə, mənəvi çürütmə yaşatmağa kim haqq verib? O hər kimdirsə, bircə adı var - Düşmən!

Murad

Избранный
314
50
hit.az

10Источники