Zaqatalalı gənc Rusiyada yol qəzasında ölüb.
Herbiand.az Lent.az-a istinadla xəbər verir ki, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Mehdiyev Kənan Bəhram oğlu Rusiyada yol qəzasına düşüb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonunda torpağa tapşırılacaq.