RU

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

İlyas

Bakı, 18 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı mayın 20-də müəllifin “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.

Üç müxtəlif insan teleyi, üç nakam məhəbbət hekayəsi....Bir tərəfdə Həsənzadənin, sevincini və dərdini xəyalən bölüşdüyü, xatirəsini həmişə əziz tutduğu, erkən itirdiyi həyat yoldaşına qarşı olan nakam məhəbbəti, digər tərəfdə Nəzakətin müharibədə itirdiyi ərinə qarşı olan, lakin ikinci əri Fərəcin qorxusundan dilə gətirə bilmədiyi nakam məhəbbəti..Və nəhayət Nargilənin Həsənzadəyə qarşı olan sonsuz və nakam məhəbbəti...

Lirik–psixoloji üslubda yazılmış pyesin yeni, müasir səhnə yozumu ilə tanış olmaq hər bir tamaşaçı üçün maraqlı olardı.

Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 il vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.

Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.

Избранный
241
2
azertag.az

10Источники