Moskva itkin düşən helikopterin axtarışında və insidentin səbəblərinin araşdırılmasında İrana lazımi yardımı göstərməyə hazırdır.
News24.az axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"İranın yüksək səviyyəli nümayəndələrinin, o cümlədən Prezident Rəisinin də taleyi ilə bağlı ortaya çıxan məlumatları diqqətlə izləyirik. Ümid edirik ki, onlar sağdır, həyat və sağlamlıqlarına təhlükə yoxdur",- o bildirib.