"Liverpul"un futbolçusu Aleksis Mak Allister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" argentinalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Madrid təmsilçisi mövsüm bitdikdən sonra 25 yaşlı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri 2023-cü ilin yayında "Brayton"dan transfer edib. Argentina millisinin üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.