RU

Likuddan Rusiyaya rəsmi hədə- "HƏMAS-a dəstəyin bədəlini ödəyəcəksən"...

İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib ki, biz  bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik: “Bundan sonra, inanın ki, Rusiya bunun bədəlini ödəyəcək”.

O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olun. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz”.

İsraildən Rusiya yönəlik bu hədəni necə dəyərləndirmək olar?

Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Likud hakim partiya olduğu üçün,  bu mövqeyi ciddi qəbul etmək lazımdır: “İsrail və ABŞ bu müharibə ilə bağlı hər tərəfdə günahkar axtarır. Biz görürük ki, son hadisələrdən sonra dünyanın bir çox ölkəsi İsrailə qarşı birləşib. Xəstəxanaya hücum məsələni qəlizləşdirdi. Hətta neytral qalan ərəb dövlətləri belə artıq İsraili pisləyir. Baydenin ora səfər etməsi yaxşı mesaj olmadı. Rusiya bu məsələdə fərqli mövqe tutur. Putin bu arada Çin rəhbəri ilə görüşdü və həmrəylik nümayiş olundu. Bunların yanında İran da var. İsrailin ən qorxduğu da məhz bu ittifaqlardı. Azərbaycanın İsraillə çox yaxşı münasibəti var. Ancaq insan tələfatına heç kim müsbət yanaşmasığı kimi, biz də belə addımlara etiraz edirik. Belə xəbərlər yayılırdı ki, yəhudiləri Ukraynaya kütləvi köçürə bilərlər. Rusiya bunu bilir. Hesab edirəm ki, Yaxın Şərqdə alovlanan bu ocaq Ukrayna müharibəsinə də ciddi təsir edəcək. Hətta Ukraynanı məcbur edəcəklər ki, sülhə imza atsın. Belə hesab edirlər ki, HƏMAS-a Rusiyanın təsiri güclüdür.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Rusiya bu və ya digər şəkildə HƏMAS-ın əməliyyatlarını dəstəkləyir: “Bu, bizim xüsusi xidmət orqanlarına məlumdur. Rusiyanın müəyyən terror əməliyyatlarına şərait yaratdığına inandıran ipuclarımız var”.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanlarında Moskvanın HƏMAS-a dəstəyini göstərən faktlar var. Zelenski qeyd edib ki, Rusiyanın terrorçu qruplaşmaların fəaliyyətini dəstəkləməsi ilk dəfə baş vermir.

Məsələn, bunu Suriya və Ukraynada edib. Zelenski deyib ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığımda  ona məlumat verib. İsrailin məhz Likudun əlilə Rusiyanı hədələməsi bundan qaynaqlanır.

Gedişata əsasən demək olar ki, dünya müharibəsinin olması ehtimalı azdır. Müharibənin başlaması böyük güclərin ərazisində müharibənin getməsinə bağlıdır. Mövcud halda münaqişə böyük güclərin ərazisində getmir. Sadəcə olaraq, dünya müharibəsini yarada biləcək güclərin əvvəllər kiçik ölçüdə davam edən silahlı toqquşmaları indi daha böyük miqyasda davam edəcək. Heç şübhəsiz, HƏMAS-ı dəstəkləyənlərdən biri də Çin, Rusiya, İrandır.  Qarşı tərəfi, yəni İsraili dəstəkləyənlər - Almaniya, Böyük Britaniya və digərləri Ukraynadan sonra  bu dəfə Fələstin-İsrail qarşıdurmasında üz-üzə gələcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Избранный
346
2
baki-xeber.com

10Источники