Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
O bildirib ki, kəndə getmək üçün iki yol olacaq:
“O yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Bu yolun uzunluğu 750 metr olacaq. Yolun tikintisinin iki aya başa çatdırılması planlaşdırılır”, – Sanosyan vurğulayıb.
Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Kirants ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.