RU

Tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının idxalını həyata keçirənsahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyatşərtləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatıhaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, şərtlər aşağıdakı kimidir:

- Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqlatütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərüzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsindəAzərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq risklivergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

- Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətininhəyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarəhüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektininfəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

Bu Qanunla müəyyən edilən qeydiyyat şərtləri (AzərbaycanRespublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtıkeçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda,habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan RespublikasıQanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatınınidxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərininqeydiyyatı ləğv edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Избранный
84
az.trend.az

1Источники