RU

30 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz dəfn olundu - FOTO 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rəhimov İlqar Şaiq oğlunun qalıqları Göyçay rayonun Müskürlü kəndinə gətirilib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, kənddə şəhidlə vida mərasimi təşkil olunub. 

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Rəhimov İlqar Şaiq oğlunun 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşdüyü ehtimal olunub. Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. 




Bizim.Media

Избранный
18
2
bizim.media

3Источники