RU

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliyi ən qısa müddətdə aradan qaldırmaq böyük əhəmiyyət kəsb edir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qəbizliyə qarşı ən təsirli təbii vasitələrdən biri pırasadır.

Aralıq dənizi mətbəxinin əhəmiyyətli bir parçası olan pırasa xüsusilə böyrəklər və həzm sistemi üçün son dərəcə faydalı bir qidadır.

Kələm, pırasa, kərəviz, ispanaq, gül kələm kimi tərəvəzlər çoxlu lif ehtiva etdikləri üçün qəbizliyin qarşısını alırlar. Ancaq artıq problem baş veribsə, bunu ən qısa zamanda aradan qaldıracaq qida məhz pırasadır.

Bu tərəvəz kalium, kalsium, dəmir və fosforla zəngindir. Bundan əlavə, tərkibində çoxlu A, B1, B2, C və E vitaminləri var. Bütün bu xüsusiyyətlərə əlavə olaraq, pırasa böyrəklərin nizamlı işləməsinə kömək edir, tərkibindəki daş əmələ gətirməyi önləyən maddələr sayəsində böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Pırasa öd kisəsinin nizamlı və sağlam işləməsini təmin edir. Sidikqovucudur, döş qəfəsini yumşaldır və öskürəyi dayandırır.

O, həmçinin iştahsızlığı aradan qaldırır. Mədə xəstəlikləri, revmatizm, oynaq ağrıları, ateroskleroz, böyrək xəstəlikləri, uremiya zamanı da faydalıdır.

Pırasa şirəsi dəridəki sızanaq və ləkələri yox edir. Həmçinin sinirləri gücləndirir. Bu şirədən hemoroid zamanı da istifadə olunur.

Qeyd edək ki, pırasanın bu faydalarından yararlanmaq üçün onu çiy və ya çox az bişmiş halda, üzərinə zeytun yağı əlavə edərək yemək lazımdır. Şiddətli qəbizlikdən əziyyət çəkənlər üçün pırasa salatı əla həll yolu ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
148
10
milli.az

10Источники