Bakı, 1 iyun, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də ümumi çəkisi 82,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələr – 80,3 kiloqrama yaxın marixuana, 1,9 kiloqram heroin, 100 qram tiryək, həmçinin 45 çətənə kol dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.