AZ

DİN: Ötən gün 82 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN:

Bakı, 1 iyun, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də ümumi çəkisi 82,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələr – 80,3 kiloqrama yaxın marixuana, 1,9 kiloqram heroin, 100 qram tiryək, həmçinin 45 çətənə kol dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
146
9
azertag.az

10Mənbələr