RU

DİN: İyunun ilk iki günündə 1 avtomat və 5 tüfəng təhvil götürülüb

DİN:

Bakı, 3 iyun, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 1-2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 3 patron darağı və 161 müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkarlanıb.

 

Избранный
161
26
azertag.az

10Источники