RU

Azərbaycanda bölük komandiri HƏBS OLUNDU

Azərbaycanda “N” saylı hərbi hissənin bölük komandiri həbs edilib.

Medianews.az qafqazinfo.az-a istinadla xəbər verir ki, kapitan Ağamalı Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Избранный
81
20
medianews.az

10Источники