RU

Bəşəriyyətin Türk dünyasından gözləntiləri çox böyükdür

Türk dövlətləri qarşısına böyük tarixi fürsətlər çıxıb.

Bunu Türkiyə Böyük Millət Məclisinin (RBMM) sədri Numan Kurtulmuş Türk Dövlətləri Parlament Assambleyasnın Bakıda keçirilən 13-cü Plenar iclasından sonra keçirilən mətbuat konfransında deyib.

TBMM sədri bildirib ki, dəyişən dünya nizamı qarşıdakı dönəmdə Türk dünyası üçün böyük fürsətləri gətirməkdədir: “Tarixin bizə təqdim etdiyi bu fürsətdən istifadə etməliyik. Bu gün dünyadakı ən əsas problem ədalətsiz dünya sistemidir. Bunun dəyişə bilməsi üçün biz bütün gücümüzü ortaya qoyaraq gələcək dünyanın daha ədalətli olması üçün çalışacağıq. Dünya sadəcə 5 ölkədən ibarət deyil. Dünyanın ən önəmli coğrafiyasında yer alan, əhalisi təxminən 300 milyona yaxınlaşan Türk dünyasından söhbət gedir. Qarşıda bizi çoxqütblü dünya sisteminin qurulması gözləyir. Bu da Türk dünyası üçün yeni imkan və fürsətdir. Qlobal güc anlayışını dəyişdirəcək nöqtədə olduğumuz qeyd etmək istəyirəm. Türk dünyasının üzərinə böyük məsuliyyət düşür. Bəşəriyyətin Türk dünyasından gözləntiləri çox böyükdür”.

Избранный
87
12
azpost.info

10Источники