RU

Şəki sakini kombaynın altında qalaraq öldü

Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində baş verib.

Belə ki, Qayabaşı kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən nəqliyyat hadisəsi hərəkətə gəlib. Nəticədə o, kombaynın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
113
26
moderator.az

10Источники