Türkiyə Çin mənşəli benzin və hibrid minik avtomobillərinə əlavə rüsum tətbiq edəcək.
Avtosfer.az “ölkə.az”a istinadən məlumatına görə, bu barədə Prezidentin Fərmanı “Resmi gazete” qəzetində dərc olunub.
Bildirilir ki, Türkiyə Ticarət Nazirliyi sözügedən avtomobillərin idxal dəyərinin 40 faizi və ya 1 ədədi üzrə 7 min dollar məbləğində əlavə gömrük rüsumu tətbiq edəcək.Bu zaman məbləğlərdən yüksək olanı nəzərə alınacaq.
Qərarın daxili bazarda yerli istehsalın payını artırmaq və qorumaq, eləcə də, daxili investisiyaları təşviq etmək məqsədi ilə verildiyi qeyd olunur.