RU

Azərbaycanda xidmət rəisini naməlum şəxslər döydülər

Qusarda xəstəxananın mühafizəçisi döyülüb.

KONKRET.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə daha sonra xəstəxanada da davam edib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova “Report”a açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Избранный
149
18
konkret.az

10Источники