RU

Dövlət Komitəsi: Azərbaycana qarşı dini müstəvidə təhdidlər səngimir

Azərbaycana qarşı dini müstəvidə təhdidlər bir an belə səngimir.

APA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

"İstər müsəlman ölkələri tərəfindən, eləcə də bəzi xristian yönümlü, yəni Qərb ölkələri tərəfindən bu təhdidlər görülür", - o əlavə edib.

Sədr müavini dinin siyasiləşdirilməsi formatında, eləcə də məzhəbçiliyin təbliğatı formatında bunları gördüklərini deyib:

"Din öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə çevriləndə, maraqların icrasına yönələndə əlbəttə ki, din təhlükəli meyara çevrilir".

Səyavuş Heydərov arxayınlaşmanın əleyhinə olduğunu qeyd edib:

"Çünki təhdidlər ciddi və təhlükəlidir. Bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz həmişə ayıq olmalıyıq. Bu məsələ həm ictimaiyyətin diqqətində olmalıdır, həm də dövlət bunu öz nəzarətində saxlayır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
6
apa.az

7Источники